Seyran Ohanyan üçün parlamentə müraciət edildi

Seyran Ohanyan üçün parlamentə müraciət edildi
09 İyn 2025 23:30

Ermənistanın keçmiş müdafiə naziri, hazırkı deputat Seyran Ohanyana qarşı cinayət işi başlana bilər.


News365.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.


Bildirilib ki, ölkənin Baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana ərizə ilə müraciət edib. Parlament gizli səsvermə yolu ilə cinayət təqibinə münasibət bildirməlidir.


Qeyd edək ki, Ohanyan 2010-2015-ci illərdə Göyçə rayonunda 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə günahlandırılır. Sözügedən ərazidə eks-nazir malikanə tikib.


Sizin reklam burada
Sizin reklam burada