Serbiya Azərbaycan məhsullarının alışını artırdı

Serbiya Azərbaycan məhsullarının alışını artırdı
11:18

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Serbiya arasındakı ticarət dövriyyəsi 50,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə informasiyanı Azərbaycan Dövlət Gömrük Komitəsi yayıb.

Mənbə qeyd edir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 milyon dollar və ya 6,4 dəfə artım deməkdir.


Sizin reklam burada
Sizin reklam burada