Senat USAID və media büdcəsini 9 milyard azaldıb

Senat USAID və media büdcəsini 9 milyard azaldıb
10:59

ABŞ Senatı iyulun 17-də keçirilən iclasında USAID və mediaya ayrılan maliyyə vəsaitinin 9 milyard dollar məbləğində azaldılması qanununu təsdiqləyib.

Senatdakı respublikaçılar Prezident Donald Trampın təklif etdiyi 9 milyard dolları qaytarmaq üzrə tədbirlər paketini qəbul etmək üçün demokratların və daxili müxalifətin müqavimətini dəf ediblər. 

News365.az bu barədə “FOX News” telekanalına istinadla xəbər verir.

Qanun layihəsi Senatda 48-ə qarşı 51 səslə qəbul edilib və cümə gününə qədər onu imzalamalı olan Ağ evə göndərilib.

Bu qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitini təxminən 8 milyard dollar və daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş NPR və PBS bölmələrini maliyyələşdirən İctimai Yayım Korporasiyasının isə 1 milyard dollara yaxın azaldacaq.

Respublikaçılar qanun layihəsini federal hökumətdə israfçılığa, saxtakarlığa və sui-istifadəyə qarşı mübarizələrinin davamı kimi qiymətləndirir. Hətta ABŞ Hərbi Hava Qüvvələri Hökumətin Effektivliyi Departamenti (DOGE) ilə birgə 10,4 milyard dollardan çox vəsaitə qənaət etdiyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada