Bakıda tullantılar yığılmş sahədə YANĞIN

Bakıda tullantılar yığılmş sahədə YANĞIN
17:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən Operativ media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada