Şəhərin mərkəzində belə bıçaqlandı- ANBAAN VİDEO

Şəhərin mərkəzində belə bıçaqlandı-  ANBAAN VİDEO
24 Apr 2024 23:51

Moskvada bıçaqlı şəxsin  hücumun videosu yayılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, hadisə aprelin 24-də Admiral Rudnev küçəsində yerləşən binanın yaxınlığında baş verib.

İki kişi arasında münaqişə olub və onlardan biri bıçaqla digərinə hücum edib. 

“Paytaxtın İstintaq Komitəsinin müstəntiqləri və kriminoloqları hadisə yerinə baxış keçirib, barmaq izi və məhkəmə-tibb ekspertizası da daxil olmaqla bir sıra məhkəmə-tibbi ekspertizaları təyin edib, həmçinin hadisə şahidlərini dindiriblər”, - deyə idarədən bildirilib.

Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü şəxs saxlanılıb. Hazırda onun barəsində istintaq hərəkətləri aparılır, ona qarşı ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilməyi planlaşdırırlar.

Nigar


Youtube kanalımız

Oxşar xəbərlər