Şair Əlisəmid Kürün vəziyyəti ağır stabildir.
News365.az-ın sorğusuna cavab olaraq TƏBİB məlumat verib ki, şair Əlisəmid Kürün (Cəfərli) müalicəsi Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
TƏBİB-in açıqlamasına görə, şair qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada müalicə olunur və vəziyyəti ağır stabildir.
News365.az