Kənd təsərrüfatına ayrılan vəsait bu qədər artırılır

Kənd təsərrüfatına ayrılan vəsait bu qədər artırılır
15 Dek 2024 10:43

=Gələn il üçün dövlət büdcəsində kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min 792 manat vəsait nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu istiqamət üzrə 1 milyard 203 milyon 805 min 845 manat ayrılacaq.

Başqa sözlə, bu istiqamət üzrə ayrılacaq vəsait 31 milyon 942 min 53 manat artırılır.


Youtube kanalımız