Rusiyada öz qızlarını zorlayan Xaçaturyanla bağlı qalmalaq böyüməkdədir

Rusiyada öz qızlarını zorlayan Xaçaturyanla bağlı qalmalaq böyüməkdədir
10:10

Rusiyada qalmaqallı "Xaçaturyan işi" davam edir. Məlumata görə, ittiham tərəfi cinsi zorakılıq, pornoqrafik materiallar hazırlamaq və öz qızları -Krestina, Ancelina ilə Mariyanın sağlamlığına ağır zərər vurmaqda ittiham olunan Mixail Xaçaturyanın işi üzrə sübutların təqdimatını başa çatdırıb. Bu barədə vəkil Aleksey Parşin RİA Novosti-yə müsahibəsində məlumat verib.

2023-cü il martın 31-də Rusiyanın Baş Prokurorluğu Xaçaturyana qarşı ittiham aktını təsdiqləyib və cinayət işini mahiyyəti üzrə baxılması üçün Moskvanın Butırski Məhkəməsinə göndərib. Məhkəmə işə ötən ilin aprelində başlayıb və iclaslar bağlı qapılar arxasında keçirilir.

Vəkilin sözlərinə görə, artıq bir neçə müdafiə tərəfinin şahidi məhkəməyə gəlib.

Mixail Xaçaturyana qarşı cinayət işi 2021-ci ildə açılıb. O, internetdən istifadə etməklə qanunsuz olaraq pornoqrafik materialların hazırlanması və dövriyyəsi, iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma, seksual xarakterli, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Tural


Youtube kanalımız