Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB
12:04

usiya–Ukrayna müharibəsində daha bir neçə azərbaycanlı həyatını itirib.

News365.az-ın əldə etdiyi məlumata görə, Rusiya tərəfində vuruşan daha 4 soydaşımız Ukrayna ordusu ilə toqquşmalarda həlak olub.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Həmzəyev Fərxan Taleh oğlu – Həştərxan vilayətinin Çernıyar kəndində yaşayıb.

Ruslan Qüdrət oğlu Alimov – 19 avqust 1991-ci ildə anadan olub, Ryazan vilayətinin Dyadkovo kəndində yaşayıb.

Əbdülrəzaqov Çingiz Nisan oğlu - Nijni Novqorod vilayətinin Kudaşıxa kəndində yaşayıb.

Rüstəmov Ramil Rasim oğlu - 24 noyabr 2000-ci ildə anadan olub, Tver şəhərində yaşayıb.

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun tərkibində 100-dən artıq, azərbaycanlı həlak olub. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır. Ukrayna ordusunda isə həlak olan azərbaycanlıların sayı 50-ni keçib.


Sizin reklam burada
Sizin reklam burada