Rusiya Norveçi "işğal" edəcək?

Rusiya Norveçi "işğal" edəcək?
10:35

Baş Komandan Kristoffersen deyib ki,  Norveç Rusiyanın işğal ssenarisinə hazırlaşır. NEWS365 az yazir ki, xəbəri "The Guardian" qəzeti yayıb. Qəzetin  məlumatına görə, Norveçin Ali Baş Komandanı Eirik Kristoffersen Rusiyanın işğalını istisna etmədiyini və Oslonun belə bir ssenariyə hazırlaşdığını bildirib . O hesab edir ki, Rusiya şimaldakı nüvə obyektlərini qorumaq üçün Norveçə hücum edə bilər.

Kristoffersen deyib: "Biz Rusiyanın öz nüvə potensialını qorumaq planının bir hissəsi olaraq ərazi ələ keçirməsini istisna etmirik. Bu potensiallar onun əlində qalıb və əslində ABŞ-ni təhdid edir".

Hərbi rəsmi bildirib ki, Rusiyanın nüvə arsenalının əhəmiyyətli bir hissəsi Norveçlə sərhəd yaxınlığındakı Kola yarımadasında yerləşir. O qeyd edib ki, Moskva ilə NATO arasında birbaşa toqquşma baş verərsə, bu, həlledici ola bilər.

Norveç Silahlı Qüvvələrinin baş komandanı bildirib ki, "Biz bu variantı istisna etmirik, çünki Rusiya hələ də nüvə imkanlarını, ikinci zərbə imkanlarını qorumaq üçün bunu edə bilər. Şimalda hazırlaşdığımız ssenari budur".


Sizin reklam burada
Sizin reklam burada