"Müsəlman birliyi hərəkatı" nə demək? - Tural İrfan yazır

"Müsəlman birliyi hərəkatı" nə demək? - Tural İrfan yazır
09:26
Beş - on çarşablı qadın görürəm paylaşımlarda. Özlərini müqavimətçi adlandırırlar. Kimə müqavimət göstərirlər? Allaha? İslama, sülhə və sabitliyə? Dövlətə qarşı müqavimət göstərməyə çalışırlar? Bu nə deməkdir... Dini çirkin təxribatlara alət etmək əsla yolverilməzdir.
"Müsəlman birliyi hərəkatı" nə demək? Məgər xalqımız bütpərəstdir yaxud dinsizdir ki, müsəlman birliyi yaradırlar? Ada bax hələ. Əksəriyyəti müsəlman olan xalqımızı təhqir edərək qeyri - müsəlman hesab etmək nə deməkdi? Müsəlman birliyini gedib Çində uyğurları qorumaq üçün niyə yaratmırlar, Hindistanda Kəşmir əhalisini müdafiə etmək üçün niyə yaratmırlar əgər özləri müsəlmandırsa? Belə çıxır ki, xalqımız müsəlman deyil, sadəcə beş - on İran rejiminin tapşırıqlarını icra edən təxribatçı müsəlmandır və bunlar da özlərinə təşkilat yaradıblar. Belə təşkilatlar gələcəkdə terror qruplaşması kimi fəaliyyət göstərmək üçün qurulur.
İndi də qadınları qabağa veriblər. Qətiyyətlə bu təxribatçıların qabağı alınmalıdır.
Azərbaycan qədər dinə, İslama dəyər verən, tolerantlıq ənənələrinə sadiq ikinci müsəlman ölkəsi yoxdur. Azərbaycan qədər dini abidələrin, məscidlərin keşiyində duran, təmir - bərpa edən, yenidən tikən ikinci ölkə yoxdur. Dini, mənəvi dəyərləri yaşadan, təbliğatını aparan, ibadət və ayinlər üçün münbit şərait yaradılan ikinci ölkə yoxdur. Bəs nə istəyirlər? Təxribat, nifaq, kin, ixtilaf...
Azərbaycanın beynəlxalq aləmdəki silsilə qələbələrini, nailiyyətlərini qəbullana bilməyən xain və xoflu mürtəd molla qrupları beynini zəhərlədikləri bir qrup şəxsi yoldan çıxarıb təəssüf ki. İnanırıq ki, bu yolda müvafiq tədbirlər görüləcəkdir və təxribatların qarşısı zamanında alınacaqdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada