Rusiya dayanacaqlarda siqaret və nikotin məhsullarının satışı qadağan olunur

Rusiya dayanacaqlarda siqaret və nikotin məhsullarının satışı qadağan olunur
14:28

Rusiya hökuməti ictimai nəqliyyat dayanacaqlarında siqaret və digər nikotin məhsullarının satışına məhdudiyyət qoyulmasını nəzərdə tutan yeni təşəbbüsə müsbət rəy verib.

News365.az xəbər verir ki, sözügedən qanun layihəsi Xabarovsk vilayətinin Qanunvericilik Duması tərəfindən hazırlanaraq Dövlət Dumasına təqdim olunub. Sənədə görə, dayanacaqlarda yalnız siqaret deyil, həmçinin qəlyan, elektron siqaret və nikotin istifadəsi üçün nəzərdə tutulan bütün cihazların satışı da yasaqlanacaq.

Layihənin müəllifləri hesab edirlər ki, bu cür pavilyonlarda satış gənclər arasında nikotin məhsullarının əlçatanlığını artırır, həm də ətrafdakı insanlar üçün passiv siqaret çəkmə riskini yüksəldir.

Hökumət layihəni ümumilikdə dəstəkləsə də, sənəddə kənd və kiçik yaşayış məntəqələrində alternativ satış yerlərinin olmaması səbəbindən əlavə istisnaların nəzərdə tutulmadığını xüsusi vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada