Rumıniyanın milli müdafiə naziri İonut Moşteanu təhsili ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən gedib.
News365.az "Digi24"ə istinadla xəbər verir ki, Moşteanu sosial şəbəkədə paylaşım edərək istefa qərarını təsdiqləyib.
“Bu gün müdafiə naziri postundan istefa ərizəmi təqdim etdim. Təhsilimin və illər əvvəl buraxdığım səhvlərin gündəmə gətirilməsi hazırkı dövlət rəhbərliyinin diqqətini əsas məsələlərdən yayındırmamalıdır”, – o bildirib.
News365.az