Məşhur rejissor Ukrayna hakimiyyətini məhkəməyə verdi

Məşhur rejissor Ukrayna hakimiyyətini məhkəməyə verdi
16:08

RSFSR-in xalq artisti, rejissor Nikita Mixalkov Krımdakı vəziyyətə görə Ukrayna hakimiyyətini məhkəməyə vermək niyyətindədir. Bu barədə Mash Telegram kanalı yazıb.

Jurnalistlərin məlumatına görə, Mixalkovun rəhbərlik etdiyi Rusiya Kinematoqrafçılar İttifaqının törəmə təşkilatının balansında olan Aluşta sanatoriyası Krım Arbitraj Məhkəməsində Ukraynaya qarşı iddia qaldırıb.

Açıqlamada bildirilir ki, Ukrayna rəsmilərinin hərəkətsizliyi nəticəsində sanatoriya ərazisi çirklənib. Bununla bağlı iddiaçı Kiyevdən 48,8 milyon rubl tələb edir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər