Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb

Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb
20:35

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.

News365.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.


Sizin reklam burada
Sizin reklam burada