Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş sabiq rəisi polkovnik, şair publisist Ramiz Duyğun dünyasını dəyişib.
Polkovnik uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.
Xatırladaq ki, Ramiz Duyğun (Məlikov) 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olub.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) işləyib.
Ehtiyatda olan tibb xidməti polkovnik, "Hünər" televiziya verilişinin müəlliflərindən biri və aparıcısı idi.
Ramiz Duyğunun "Vətən kimi şirin", "Vətən beşiyim mənim", "Göy üzü damar-damar" kimi şeir kitablarının müəllifidir.
Allah rəhmət eləsin!