Qubada ikimərtəbəli ev yanıb

Qubada ikimərtəbəli ev yanıb
25 Avq 2025 18:30

Quba rayonunda ikimərtəbəli evdə yanğın olub.

FHN-dən News365.az-a verilən məlumata görə, rayonun Zərqava kəndində ümumi sahəsi 140 m² sahəsi olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 12 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada