Qırğızıstan Parlamentinin sədri istefa verdi

Qırğızıstan Parlamentinin sədri istefa verdi
12:18

Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakiyev cümə axşamı keçirilən iclasda istefa verib.

News365.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

O bunun şəxsi qərarı olduğunu və kənar təzyiq olmadığını bildirib. "Mən xalqa, dövlətə və parlamentə xidmət edirəm, bir və ya iki şəxsə deyil", - deyə spiker vurğulayıb.

Şakiyev VIII Parlamentin sədri kimi 2025-ci il dekabrın 17-də seçilmişdi və əvvəlki çağırışda da parlamentə rəhbərlik edib. Onun istefası Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən sonra mətbuatda geniş müzakirə olunurdu, amma Parlament bu məlumatı təksib etmişdi.


Sizin reklam burada
Sizin reklam burada