Qəzzada “HƏMAS”ın qurucularından biri öldürülüb

Qəzzada “HƏMAS”ın qurucularından biri öldürülüb
28 İyn 2025 23:00

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində radikal “HƏMAS” hərəkatının qurucularından birini zərəsizləşdirib.

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun hava hücumu nəticəsində Qəzza şəhərinin Sabra bölgəsində HƏMAS-ın qurucularından biri Haham Məhəmməd İsa əl-İssaya öldürülüb. 

O, təşkilatın hərbi qanadında qərargah rəisi olub. 


Sizin reklam burada
Sizin reklam burada