Qətər sahillərində neft tankerinə zərbə endirildi

Qətər sahillərində neft tankerinə zərbə endirildi
12:30

İran Qətərin ərazi sularında "QatarEnergy" neft-qaz şirkəti tərəfindən icarəyə götürülmüş neft tankerinə qanadlı raketlə zərbə endirib.

News365.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, Qətər Silahlı Qüvvələri atılan iki raketi zərərsizləşdirə bilsə də, üçüncü raket hədəfə dəyərək tankeri vurub.

Müdafiə Nazirliyi gəmidə 21 heyət üzvünün olduğunu dəqiqləşdirib. Onların hamısı operativ şəkildə təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb.


Sizin reklam burada
Sizin reklam burada