Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
20 May 2025 20:44

Mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.


News365.az xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.


İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 


Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Hazırda istintaq davam edir.


Sizin reklam burada
Sizin reklam burada