“Qarabağ” dünya reytinqində irəlilədi

“Qarabağ” dünya reytinqində irəlilədi
18 Apr 2024 22:13

Dünya klublarının qlobal reytinqi açıqlanıb.

Siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb. Cədvələ Azərbaycanın 4 klubu daxil edilib. 

Premyer Liqanın çempionu “Qarabağ” dünyanın 172-cisidir. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir. Ağdam klubu 8 pillə irəliləyib. “Zirə” 0,121 xalla 364-cü yerdədir. Rəşad Sadıqovun yetirmələrinin irəliləyişi 20 pillə təşkil edib. 

“Neftçi” 376 addımlıq sıçrayışa nail olub. Bakılılar 0,108 xalla dünyada 409-cudur.

Rəşad Rafiqoğlu


Youtube kanalımız

Oxşar xəbərlər