Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir.
News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən demək olar ki, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların nəticələri daha yüksəkdir, lakin sonrakı yaşlarda isə təhsil göstəriciləri azalır.