"Qadınlar narsist kişiləri çox sevir" - Məşhur psixiatr

"Qadınlar narsist kişiləri çox sevir" - Məşhur psixiatr
16:44

“Kral kaybederse” adlı kitabın müəllifi, məşhur psixiatr Gülseren Budayıcıoğlu narsist kişilərdən danışıb.

News365.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsəri ilə eyniadlı serial çəkilən psixiatr qadınların narsist kişiləri çox sevdiyini deyib. O, qadınların bu kitab sayəsində narsist kişilərlə asılı münasibətlərini anladıqlarını və radikal qərarlar verdiklərini bildirib.

Kitabı əsasında serial çəkilməsindən məmnun olan Budayıcıoğlu əsl hekayənin ikinci mövsümdə ortaya çıxacağını söyləyib.

Psixiatr narsist kişilərin qadınlara necə təsir etdiyindən söz açıb. O bu cür kişilərin qadınları göylərə qaldırıb bir anda tərk edə bildiyini vurğulayıb:

“Narsist kişilər biz qadınlar üçün həqiqətən təhlükəlidir. Qadınlar o zaman bu oyunu dərk edə bilmirlər. Amma kitabı oxuyanlar öz vəziyyətlərini kənardan görməyə müvəffəq olublar".

Mütəxəssis söyləyib ki, narsistlər daxili dünyasında əslində kifayət qədər kövrək və bədbəxtdirlər, uğurlu görünsələr də, real münasibətlər qura bilmirlər.

Qeyd edək ki, Türkiyə istehsalı məşhur “İstanbullu Gelin”, “Doğduğun Ev Kaderindir”, “Camdaki Kız”, “Kırmızı Oda”, “Masumlar Apartmanı”, “Terzi” və s. seriallar G.Budayıcıoğlunun kitabları əsasında çəkilib.


Sizin reklam burada
Sizin reklam burada