Kamçatkada sərxoş hlada olan 27 yaşlı qadın polis əməkdaşlarını təhqir edib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Qeyd edilib ki, kişi polisləri dişləyib.
Hadisə Vitus Berinq Yelizovo hava limanında baş verib.
"Patrul əməkdaşları orada ağır şəkildə sərxoş vəziyyətdə olan qadını görüblər və onu növbətçi məntəqəyə aparmaq qərarına gəliblər. Lakin o, özünü aqressiv aparmağa və müqavimət göstərməyə başlayıb.
Təcavüzkar növbətçi məntəqəyə aparıldıqdan sonra onun tibbi müayinəyə göndərilməsi ilə bağlı tərtib edilmiş protokolu zədələyib. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarını geyimlərindən tutub və iki polis əməkdaşını dişləyib".- məlumatda qeyd edilib.
Tural