Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin sonuna qədər Hindistana rəsmi səfəri gündəmdədir.
News365.az xəbər verir ki, bu barədə Moskvada keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, artıq səfərlə bağlı hazırlıq işləri aparılır.
“Rusiya və Hindistan arasında ali səviyyədə siyasi dialoq intensiv şəkildə davam edir. Bugünkü görüşdə həmkarım Subramanyam Cayşankarla qarşıdakı tədbirləri, eləcə də Prezident Putinin ilin sonuna qədər Hindistana mümkün səfəri ətrafında fikir mübadiləsi apardıq”, – Lavrov deyib.
News365.az