"Putin Zelenski ilə görüşməyə hazırdır"- Lavrov

"Putin Zelenski ilə görüşməyə hazırdır"- Lavrov
16:18

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.

News365.az xəbər verir ki, Lavrov eyni zamanda Avropa liderlərini, keçən həftə Alyaskada keçirilən ABŞ-Rusiya sammitində Ukraynada mümkün sülh razılaşması üzrə əldə olunan irəliləyişi pozmağa çalışmaqda ittiham edib.

“Rusiya təhlükəsizlik zəmanətləri barədə hər zaman dürüst şəkildə danışmağa hazırdır,” – deyə Lavrov əlavə edib.

O, həmçinin qeyd edib ki, Rusiya 2022-ci ildə İstanbulda Ukrayna ilə apardığı görüşlərdə təqdim etdiyi təhlükəsizlik zəmanətləri layihəsindən fərqli hər hansı bir təklif masada yoxdur.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada