Puşkinin nəslindən olan 81 yaşlı Aleksandr Aleksandroviç Puşkin şairin Ukrayna və Baltikyanı ölkələrdə abidələrinin sökülməsi ilə bağlı narahatlığını bölüşüb. O, Rusiya mediasına müsahibəsində mədəniyyəti siyasətlə qarışdırmamağa çağırıb.
Aleksandr Aleksandroviç Puşkin şair ailəsinin kişi cinsindəki sonuncu nümayəndəsidir. O, uzun illər rus dilini və mədəniyyətini təbliğ etdiyi Belçikada doğulub və yaşayır.
“Puşkinin abidələri sökülür, küçələrin və metro stansiyalarının adları dəyişdirilir. Mən bununla razılaşa bilmirəm. Mən Aleksandr Sergeyeviçin sonuncu nəsil nümayəndesi kimi onların mədəniyyəti siyasətlə qarışdırmasını qəbul edə bilmərəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Kiyevlə yanaşı Baltikyanı ölkələr də Rusiyanın tanınmış simalarına ucaldılan abidələri, heykəlləri bir sözlə Rusiyanı xatırladan hər şeyi silməkdədir.
Tural