Prokuroru avtomobilində partlatdılar

Prokuroru avtomobilində partlatdılar
07 İyn 2025 12:50

İyunun 6-da avtomobilin partlaması nəticəsində Ukraynanın şərqindəki Dnepr şəhərinin Qərb rayon prokurorluğunun prokuroru Yuri Koval yaralanıb. Bu barədə yerli “Strana.ua” nəşri jurnalistlərə istinadən məlumat yayıb.


KİV-in məlumatına görə, partlayış sürücünün oturacağında baş verib. Koval maşını tərk edə bilsə də, yanıq və kəsik yaraları alıb. Hadisə yerindən bir qədər aralıda, partlayışı yayımlayan və kamerası işə salınmış telefon tapılıb.

İyunun 6-da həmçinin Odessa ərazi çağırış mərkəzinin (hərbi komissarlığa bənzər qurum-red.) dördüncü şöbəsinin rəisi, polkovnik Oleq Nomerovskinin avtomobilin partlaması nəticəsində sağ qalmadığı bildirilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada