Pezeşkiandan Qərbə mesaj: Yeni strategiya təklifi ilə çıxış etdi

Pezeşkiandan Qərbə mesaj: Yeni strategiya təklifi ilə çıxış etdi
29 İyl 2025 14:32

Qərbin sanksiyalarına qarşı çıxmaq üçün qonşu ölkələrlə əməkdaşlıq gücləndirilməlidir.

News365.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, ölkənin təcili şəkildə qonşu dövlətlərlə daha sıx münasibətlər qurmağa ehtiyacı var.

 Pezeşkian vurğulayıb ki, regional əlaqələrin gücləndirilməsi Qərbin sanksiyalarının neytrallaşdırılmasına kömək edə bilər.

Prezident həmçinin qeyd edib ki, ölkənin sərhəd vilayətlərində hakimiyyətin mərkəzdən kənara ötürülməsi qonşu ölkələrlə əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada