Pezeşkian Azərbaycan dilində o şeiri söylədi - VİDEO

Pezeşkian Azərbaycan dilində o şeiri söylədi - VİDEO
14:45

Dünən İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri çərçivəsində tibbi xidmətlərlə bağlı keçirilən iclasda iştirak edib.

News365.az "Azad İran"a istinadən xəbər verir ki, iclas zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında coşqu yaradıb.

Pezeşkian böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parça oxuyub və insanlıq, vətən sevgisi, xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.

Prezidentin dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr diqqət çəkib.



Sizin reklam burada
Sizin reklam burada