Paşinyan gileyləndi: “Tərcüməçi tapmırıq“

Paşinyan gileyləndi:  “Tərcüməçi tapmırıq“
18 Apr 2024 14:35

Biz şox vaxt Ermənistan hökumətinin işçiləri üçün beynəlxalq görüşlərdə xidmət edəcək tərcüməçilər tapmaqda çətinlik çəkirik.

News365.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Bryusov adına Dövlət Universitetinin yeni rektoru David Qyurdjinyana müraciətində deyib.

“Ən çox yayılmış dillər istisna olmaqla, digər dillərdə peşəkar tərcüməçilər tapmaqda problemimiz var. İş o yerə gəlib çıxıb ki, regional dillərə dair tərcüməçilərimiz belə çatışmır. Bəzən təsəvvür etmək çətin olan problemlərlə qarşılaşırıq", - Ermənistanın baş naziri gileylənib.

İradlara reaksiya verən Qyurdjinyan qeyd edib ki, onlar hətta yüksək ixtisaslı erməni dili mütəxəssislərinin axtarışında belə çətinliklə üzləşirlər. Rektor qeyd edib ki, çox vaxt ölkədə ali təhsil yalnız formal xarakter daşıyır.

Xatırladaq ki, 2022-2023-cü tədris ilində Ermənistanın 33 təhsil müəssisəsində regional dillərin tədrisi təşkil edilib. Onlardan 13-ü fars, 3-ü gürcü, 12-si türk və 4-ü Azərbaycan dilini öyrətməyə başlayıb. "Mkhitar Sebastatsi" təhsil kompleksində isə hər dörd dil öyrədilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər