Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət dairələrinin ölkədə gərginlik və nifrət hökm sürdüyü ilə bağlı iddialarını təkzib edib.
News365.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Paşinyan bu fikirlərə cavab olaraq Vardavar bayramında keçirilən kütləvi tədbirlərin görüntülərini nümunə göstərib:
“Bəzi müxalifət dairələrinin yaratdığı əsas narrativ ondan ibarətdir ki, guya Ermənistanda gərginlik, laqeydlik və nifrət hökm sürür. Amma Vardavarda keçirilən şənliklərin görüntülərinə baxarkən sual edirəm: bu gərginlik, nifrət və laqeydlik haradadır?” – deyə o bildirib.
Paşinyan iddia edib ki, cəmiyyət artıq bu cür “yalançı elit qrupların” ritorikasına inanmır.
Qeyd edək ki, Vardavar Ermənistanda su ilə bağlı keçirilən ənənəvi xalq bayramıdır və bu il də kütləvi iştirakla qeyd olunub