Pakistanda 5,5 maqnitudalı zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə məlumatı Avrop-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentri təqribən 60 min sakinin yaşadığı Usta-Məhəmməd şəhərindən 75 kilometr şimal-qərbdə yerləşdiyi qeyd olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.