Türkiyənin müharibəyə qoşulması iddialarına CAVAB

Türkiyənin müharibəyə qoşulması iddialarına CAVAB
14:57

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin İranın lehinə müharibəyə qoşulması iddialarına cavab verilib.

News365.az məlumat verir ki, açıqlamada yayılan xəbərlərin dezinformasiya olduğu bildirilib.

Dezinformasiya xarakterli paylaşımların eyni zamanda psixoloji müharibənin bir hissəsi olduğu və Türkiyənin imicinə zərər vurmağı, eləcə də böhrandakı konstruktiv rolunu kölgədə qoymağı hədəflədiyi vurğulanıb.

“Türkiyənin İranın lehinə müharibəyə qoşulacağı və ya Livana daxil olacağı” ilə bağlı iddialar dezinformasiya xarakterlidir. Bu cür dezinformasiya xarakterli paylaşımlar eyni zamanda psixoloji müharibənin bir hissəsidir və Türkiyənin imicinə zərər vurmağı, eləcə də böhrandakı konstruktiv rolunu kölgədə qoymağı hədəfləyir”-deyə qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada