O kəndlərdə tank və topları traktor və kombaynlar əvəz edəcək

O kəndlərdə tank və topları traktor və kombaynlar əvəz edəcək
22 Apr 2024 10:16

Azərbaycan və Ermənistan arasında 4 kənd ətrafənda əldə edilmiş qərara birdə bu ərazilərə yaxın yaşayan kəndli Fatma xala, fermer İsa babanın, qarşı tərəfdən eyni 2 kəndlinin gözü ilə baxaq.

Uzun illərdi həm özünü, ailəsini və torpaqın bərəkətindən faydalanıb gəlir əldə etməyə çalışan bu kəndlilər hansı əzab və əziyyət çəkirdi?

Əkini gün çıxmamış əkir, zor bəla ilə suvarır və gün çıxmadan traktorun işığını yandırmadan biçin edirdilər. Uzun illər sahədə işləyən o zəhmət adamları işlərini güllə səsi ilə kəsir, ərazidən çxır və yenidən risk edərək əkim sahəsinə daxil olurdular.

Bu ərazilərdə əkin əkmək üçün banka müraciət edəndə bank risk əmsalı yüksək olduğu üçün puı ayırmırdı. Bakıda yaşayan nəvələrdə nənə və babanı görməyə gec-gec gəlirdi, nəvənin baba həyətində top qovmağa belə riskli idi.

Dünən bu risklər masada əldə edilmiş razılaşma ilə aradan qalxdı. İndi bu yay həmin ərazilərdə başqa cür olacaq. İndi nənə və babalar daha həvəslə əkəcək, nəvə və nıticələr daha həvəslə kəndə gələcəklər. İndi bu ərazilər yenidən dirçələcək, kəndlərdə toylar, şənliklər daha həvəslə keşiriləcək.

İndi bu kəndlərdə soçovarlar daha tez-tez qaynayacaq, sahələrdə döyüş mövqelərini, tank və topları traktor və kombaynlar əvəz edəcək.

Aqil Məmmədov, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər