Məşhur iş adamının oğlu qəzada ÖLDÜ

Məşhur iş adamının oğlu qəzada ÖLDÜ
14:42

Məşhur italyan iş adamı və dizayner Luka Ballarininin oğlu Gürcüstan dağlarında xizək sürərkən ölüb.

Bu barədə İtaliya mediasının məlumatında bildirilib.

20 yaşlı Pietro Ballarini dostları ilə bir neçə gün Gürcüstanda olub. Medianın məlumatına görə, gəncin ölümünə səbəb qəza olub. Hazırda onun cəsədinin vətənə qaytarılması üçün lazımi prosedurlar həyata keçirilir.

“Pietro ən çox sevdiyi işi görüb, dağlardakı qarda xizək sürüb… Bu, filmlərdə, romanlarda və real həyatda baş verir. Məni təsəlli edən tək şey onun xoşbəxt şəkildə vəfat etməsidir”, – dizayner sosial mediada yazıb.

Luka Ballarini sahibkar, dizayner, redaktor və “Bellissimo” brendinq və kommunikasiya studiyasının təsisçisidir. O, həmçinin şəhər görüntüləmə layihəsi olan “Torino Stratosferica”nın qurucusu kimi də tanınır.//Modern.az


Sizin reklam burada
Sizin reklam burada