İsrailin Baş naziri Benyamin Netanyahu bir sıra ölkələrin Fələstin dövlətini tanımaq qərarını sərt şəkildə pisləyib.
News365.az xəbər verir ki, məlumatı “Times of Israel” yayıb.
Netanyahu bildirib ki, Nyu-Yorka səfər etməzdən əvvəl BMT Baş Assambleyasının 80-ci sessiyasında Trampla birgə çıxışında Qəzzadakı müharibə, İranla 12 günlük hərbi qarşıdurma və Yaxın Şərqin digər ölkələri ilə əlaqələrin yaxşılaşdırılması perspektivlərini müzakirə edəcək.
Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfrans çərçivəsində Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını açıqlayıblar. Bundan əvvəl isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya bu ölkəni rəsmi olaraq tanıyıb.
News365.az