Nazir rəisi işdən çıxardı - Yeni təyinat -FOTO

Nazir rəisi işdən çıxardı - Yeni təyinat -FOTO
11:13

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib. 

News365.az-un məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Əliyev Nicat Novruz oğlu bu vəzifəsindən azad edilib və yerinə Murad Paşayev təyin olunub. 

Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. 


Youtube kanalımız