NATO sammitindən öncə kritik tələb - Sibiqa

NATO sammitindən öncə kritik tələb - Sibiqa
09 İyn 2025 22:30

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO sammitində iştirakının mümkün olması üçün artıq indidən ölkənin müdafiə qabiliyyətini gücləndirəcək güclü və konkret qərarlar verilməlidir.


News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.


Sibiqanın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü məsələsində heç bir üçüncü ölkənin, o cümlədən Rusiyanın veto hüququ yoxdur:


“Bəli, bu gün bütün müttəfiqlər arasında tam konsensus olmaya bilər, amma bu bizim və müttəfiqlərimizin daxili işidir”.


Nazirin sözlərinə görə, Ukraynanın və Avroatlantik məkanın təhlükəsizliyi bir-birindən ayrılmazdır:


“Ukrayna burada sadəcə kömək istəyən tərəf deyil. Biz artıq bütün Avroatlantik təhlükəsizlik arxitekturasını gücləndirə biləcək ölkəyik”.


Sizin reklam burada
Sizin reklam burada