Nabranda yanğın oldu

Nabranda yanğın oldu
18 May 2025 17:39

Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada