Gürcüstanın ən böyük müxalifət partiyası olan
“Vahid Milli Hərəkat” olan 2024-cü il parlament seçkiləri üçün yaradılmış
“Birlik – Milli Hərəkat” koalisiyası ilk dəfə olaraq prioritetlərini açıqlayıb.
Mixail Saakaşvilinin əsasını qoyduğu “Vahid
Milli Hərəkat” ətrafında yaradılan və “Birlik – Milli Hərəkat” adlı koalisiya
seçki proqramını ictimailəşdirərək, lakonik şəkildə 5 prioritet sırasına salıb.
Bəs, 5 prioritet nələrdir?
1.
Avropaya inteqrasiya
VMH-in rəhbəri Tinatin Bokuçavanın sözlərinə
görə, parlament çoxluğunu əldə edərək, koalisiya Aİ-yə üzvlüklə bağlı
danışıqlara başlayacaq. O, belə bir addımın vacibliyini belə izah edib:
danışıqlar başlayandan sonra Gürcüstan 14 milyard avro məbləğində fonda çıxış əldə
edəcək. Bu vəsaitlə vətəndaşların ehtiyaclarını ödəmək mümkün olacaq. Koalisiya
həmçinin xarici agentlərlə bağlı mübahisəli qanunu ləğv edəcəyini, ABŞ ilə azad
ticarət razılaşmasına və vizasız səyahətə nail olacağına söz verir.
2.
Gəlir artımı
Bokuçava vurğulayıb ki, koalisiyanın
prioriteti yeni və yüksək maaşlı iş yerlərinin yaradılmasıdır. Siyasətçi yarım
milyondan çox gürcüsünün işlədiyi halda elə cüzi maaş aldığı statistikaya
istinad edib ki, onlar mahiyyətcə işsiz qalırlar. O qeyd edib ki, bu ideyaları
həyata keçirmək üçün investisiya cəlb etmək, korrupsiyaya qarşı mübarizə
aparmaq, iqtisadiyyatın yaxşılaşdırılması istiqamətində işlər görmək lazımdır. Bütün
işləyənlərin orta əmək haqqı 3,5 min lari (təxminən 1,3 min dollar) olmalıdır.
3.
Pensiyaçılar
VMH həmçinin pensiya kreditlərini ləğv etməyi
və pensiyaları ən azı 1 min lariyə (təxminən 370 dollar) çatdırmağı vəd edir.
Başqa bir seçki vədi, bütün resept dərmanlarının
dövlət hesabına ödənilməsidir.
Ailə
“Demoqrafik fəlakətin” qarşısını almaq üçün
koalisiya uşaq dünyaya gələndə maddi yardım ödəmək və uşaqları məktəblərdə
pulsuz qidalandırmaq niyyətindədir. Daha bir addım tələbə yataqxanalarının kütləvi
şəkildə tikintisidir.
5.
Monopolistlərə qarşı mübarizə
Bu sahədə Bokuçava “cəsarətli addımlar
atacağına, inhisarçıları aradan qaldıracağına və biznes üçün rəqabətli və azad
mühit təmin edəcəyinə söz verdi. Xatırladaq
ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
News365.az