“Müvafiq Dövlət qurumlarımız artıq həmin ərazilərdədir“ - Elçin Mirzəbəyli

“Müvafiq Dövlət qurumlarımız artıq həmin ərazilərdədir“ -  Elçin Mirzəbəyli
18 Apr 2024 19:17

"Sülhməramlıların ərazilərdən çıxması qərarı mahiyyət üzrə mövcud reallıqla üst-üstə düşür".

Politoloq Elçin Mirzəbəyli bunu News365.az-a açıqlamasında deyib. 

"Bəlli olduğu kimi Rusiya sülhməramlıları ölkə ərazisində 10 noyabr 2020-ci il bəyanatının prinsipləri əsasən yerləşdirilmişdi. Bu zaman kəsiyində onlar regionda səlahiyyətləri daxil olan ərazilərdə, faktiki olaraq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə məşqul olmalı idilər. Kordinasiyalı şəkildə fəaliyyətlərini həyata keçirilməsi nətisində də həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin gerçəkləşməsinə də digər qüvvələr tərəfindən ehtiyac yoxdur. Azərbaycanın müvafiq dövlət qurumları artıq həmin ərazilərdə fəaliyyətini davam etdirirlər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər