İranın xarici işlər naziri Seyid Abbas Arakçi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məluata görə, iki nazir avqustun 8-də Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini və iki ölkə arasında gələcək məsləhətləşmələri müzakirə ediblər.
Mirzoyan vurğulayıb ki, əvvəllər Ermənistan hökumətinin elan etdiyi və Vaşinqton Bəyannaməsində əks olunduğu kimi, ABŞ-ın əməkdaşlığı ilə Ermənistan ərazisində yaradılacaq rabitə kanalları ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında fəaliyyət göstərəcək.
Mirzoyan həmçinin Arakçiyə Vaşinqton razılaşması ilə bağlı prinsipial mövqeyinə görə təşəkkür edib.
Trampın ev sahibliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderləri sülh sazişini paraflayıblar. Trampın Paşinyanla imzaladığı müqaviləyə görə isə Ermənistan Zəngəzur dəhlizinin istismarını 99 il müddətinə ABŞ-a verib.