Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi B qrupunda ilk oyununu keçirib.
Millimiz Kosovoya qalib gəlib. Hesabı rəqib komanda açsa da, futzalçılarımız ardıcıl 4 qol vurublar. Komandamız növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa çempionatı. İlkin mərhələ
Azərbaycan – Kosovo - 4:1 (1:1)
Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)
Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12
Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev, 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov
Baş məşqçi: İlqar Aslanov
Kosovo: 1. Lorind Kadriu (q), 7. Erjon Jaşaniça (k), 8. Engjell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila, 12. Alton Buguyevçi (q), 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi
Baş məşqçi: Suad Keçi
25 yanvar. Serravalle. Multievent Sport Domus.