Kamran Əliyevin yenidən prokuror OLDU

Kamran Əliyevin yenidən prokuror OLDU
01 May 2025 12:04

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.

News365.az xəbər verir ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevin yenidən namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

“Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası baş prokurorunun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.

Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.


Sizin reklam burada
Sizin reklam burada