Məzahir Pənahov: "Azad olunmuş bölgələrdə yeni məntəqələr yaradılır"

Məzahir Pənahov: "Azad olunmuş bölgələrdə yeni məntəqələr yaradılır"
05 Avq 2024 16:42

"Azad olunmuş bölgələrdə yeni məntəqələr yaradılır".

News365.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda azad edilən ərazilərdə dörd seçki məntəqəsi fəaliyyətə başlayıb.

Oradakı seçki məntəqələrinin sayı 55 olacaq.

"Əfsuslar olsun ki, hələ də məcburi köçkün seçicilərimizin bəziləri hazırda məskunlaşdıqları ərazilərdə səs verəcəklər. Çünki həmin ərazilər yaşayış üçün bütün tələblərə cavab verməyənə qədər əhalinin tam köçürülməsi mümkün olmur. Növbəti seçkilərdə məcburi köçkünlər köçürüldükləri ərazilərdəki məntəqələrdə səs verəcəklər", - deyə MSK sədri bildirib.


Sizin reklam burada
Sizin reklam burada