"Bir neçə il bundan əvvəl el şənıiklərinin birində mənə verilən çayı içdim. Bir qədər keçmiş mahnı oxumaq istəyəndə gördüm səsim çıxmır"-Bunu müğənni Əflatun Qubadov deyib. Sənətçi bildirib ki, bundan sonra məkrli insanlar bunu qəsdən etdiyini anlayıb: "Şükürlər olsun ki arzularına çata bilmədilər. Dərman qalıcı olmadı. Ondan sonra ehtiyatımı əldən vermirəm. El şənliklərində heç nə yemirəm içmirəm. Yolum yaxın olanda evdə, rayonlara gedəndə yolüstü restoranlarda suyumu içir çörəymi yeyirəm", - deyə sənətçi bildirib.