Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, Nikol Paşinyanın qurduğu sistem getdikcə əvvəlki Qarabağ klanının idarəçiliyinə daha çox bənzəyir. Bu barədə yerli media yazıb. Qeyd edilir ki, indi ölkədə az qala hər məmur öz ailəsini vəzifələrdə irəli çəkməyə başlayıb.
Məsələn, “Hraparak” qəzeti bu mövzuda yazıb: “Gorusun meri Aruş Aruşanyanın rəqibi,hakim partiyanın 2021-ci il bələdiyyə sədrliyinə namizədi Vladimir Abunç həyatı 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra kəskin şəkildə dəyişən insanlardan biridir. O, 2018-ci ilə qədər Sünik Gömrük Müfəttişliyində adi gömrük işçisi kimi çalışıb.
Abunç 1998-ci ildən gömrük sistemində işləyir, tutduğu ən yüksək vəzifə gömrük rəsmiləşdirilməsi şöbəsinin müdiri olub. 2019-cu ildə yeni hökumət onu gömrük xidmətində ən gəlirli vəzifələrdən biri hesab edilən Mehri gömrük məntəqəsinə rəis təyin edib. O, bu gün Dövlət Gəlirləri Komitəsinin İstintaq və Əməliyyat Kəşfiyyat İdarəsinin rəis müavinidir. O, vaxtilə Gorus bələdiyyəsinin sıravi işçi olmuş hazırda 1 saylı Vergi ödəyicilərinə xidmət idarəsinin baş vergi müfəttişi olan həyat yoldaşı Naira Abunçu da işə götürərək irəli çəkib".
Tural