Maral nadir və bahalı maşınları yararsız hala saldı - VİDEO

Maral nadir və bahalı maşınları yararsız hala saldı - VİDEO
14 Noy 2024 13:55

İsveçdə maraqlı hadisə baş verib. Motor1.com-un yaydığı məlumata görə, klassik BMW avtomobillərinin salonunu soxulan maral iki bahalı maşını sıradan çıxarıb. 

Qeyd olunur ki, insident köhnə avtomobillərin satışı ilə məşğul olan şirkətin baş direktoru Viktor Orteqrenin salonun anbarına getdiyi zaman baş verib. 

"Orteqa orada olarkən görüb ki, salona girən bir maral ön ayaqları ilə təzəcə bərpa edilmiş BMW 850i-ni vurmağa başlayır. Heyvan kapotu zədələyib, həmçinin ön paneldə dəlik açıb. Bundan əlavə, daha bir avtomobilə də ziyan dəyib", - nəşr yazıb.

Tural



Sizin reklam burada
Sizin reklam burada